Müavinət alanların nəzərinəbackend

“2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, DSMF-nin ümumi xərclərinin 96,7%-ni əhaliyə ödənişlər təşkil edəcək: “Əhaliyə ödənişlər üzrə xərclərin çoxu əmək pensiyaları üçün olan ödənişlərdir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyalarının minimum məbləği anlayışı 2017-ci ildə daxil edilib və 110 manat məbləğində müəyyən olunub. 2022-ci ildə bu məbləğin 240 manata çatdırılması nəzərdə tutulur. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4% olaraq qiymətləndirilir. 2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn üçün müavinətlər və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır”.