“Mübariz bəyin tezliklə azadlığa çıxacağına inanırıq” – Baloğlanbackend

Xəbər verdiyimiz kimi iş adamı Mübariz Mənsimovun onlayn şəkildə məhkəmə prosesi keçirilib. Məhkəmənin növbəti prosesi isə yanvarın 13-də keçiriləcək.

Bu haqda Moderator.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov M.Mənsimovun azadlığa çıxacağına ümid etdiklərini bildirib:

“Məhkəmə onlayn şəkildə keçirildi. Çox gümanki şahidlərin də ifadəsi bu şəkildə alınıb. Növbəti məhkəmə prosesi yanvarın 13-də keçiriləcək və onda məhkəmə son qərarını verəcək. Təki hər şey yaxşı olsun. Başqa elə geniş məlumatımız yoxdur. Amma orda olanların fikirləri belədir ki, inşallah hər şey yaxşı olmalıdır. Biz də Mübariz bəyin tezliklə azadlığa çıxacağına inanırıq”.

Qeyd edək ki, M.Mənsimov 15 martda saxlanılıb və 17 martda isə barəsində istintaq müddətində həbs qərarı verilib.