Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb – VİDEObackend

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!