Mübariz Mənsimov Baloğlan Əşrəfovdan yazdıbackend

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov aprelin 26-da vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovda yazıb.

“Yeni Gündəm”-in xəbərinə görə, M.Mənsimov bildirib ki, B.Əşrəfov qəlblərdə yaşayacaq.

“Dəyərli dostum, əziz qardaşim…
Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi… O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost… Ruhun şad olsun…” – M.Mənsimov qeyd edib.