Mübariz Mənsimovla bağlı qərar verildibackend

İş adamı Mübariz Mənsimov İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.