Mübariz Mənsimovun məhkəməsi təxirə salındıbackend

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Məhkəmə prosesi martın 5-dək təxirə salınıb.