Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydıbackend

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.

“Yeni Gündəm” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, mülki əhali arasında həlak olan və yaralananlar var.

Nazirlik rəsmisi qeyd edib ki, mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib.

A.Eyvazovun sözlərinə görə,Azərbaycan Ordusunun döyüş helikopteri vurulub, ekipaj üzvləri arasında itki yoxdur.Oxu.az