Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydıbackend

“Düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir”.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən xəbərə görə, digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur: “Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var”.