Müdafiə Nazirliyi: Ermənistan tərəfinin cəbhənin cənub sahəsində…backend

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.