Müdafiə Nazirliyi həkimin vəfatı ilə bağlı məlumat yaydıbackend

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.