Müdafiə Nazirliyi məlumat yaydıbackend

Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddə guya Azərbaycan Ordusunun atəş açması nəticəsində sıravi Qarnik Abramyanın yaralanması barədə məlumat yayıb.