Müdafiə Nazirliyi məlumat yaydıbackend

Avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib

Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.