Hazırda Gürcüstanda NATO-nun “Çevik ruh 2021” (Agile Spirit 2021) çoxmillətli hərbi təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Müdafiə naziri tərəfindən əvvəlcədən təsdiq edilmiş plana əsasən, Azərbaycan Ordusunun yalnız 2 hərbi qulluqçusu avqustun 1-dən 6-dək bu təlimlərin yekun hissəsində müşahidəçi qismində iştirak edəcək.