Müdafiə Nazirliyi məlumat yaydı – VİDEObackend

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.

Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.