Müdafiə Nazirliyi məlumat yaydı – VİDEObackend

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.