Müdafiə Nazirliyi: Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandırbackend

Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.