Müddət uzadıldıbackend

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanını yenidən vermək istəyənlər üçün qeydiyyat müddəti uzadılıb.

DİM-dən verilən məlumata görə, bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini bu gün saat 23:59-dək [email protected] poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb göndərə bilərlər.