Müəllim tələbəyə “şamtutan” dedi, qalmaqal yarandı – VİDEObackend

Sosial şəbəkələrdə daha bir müəllimin distant təhsil zamanı tələbələrlə pis rəftarı ilə bağlı videosu yayılıb. Videoda aydın görünür ki, müəllim tələbə və digər kollektiv ilə kobud danışır, onların ünvanına nalayiq ifadə səsləndirir. O, onlayn imtahan zamanı sinif nümayəndəsini əvvəlcə yayımdan qovur, ardınca da deyir, “Bizə şamtutan lazım deyil!”

“Yeni Gündəm” bakupost-a istinadən bildirir ki, həmin müəllim ötən aylarda Bakı Humanitar Kollecinə direktor təyin olunan Nərmin Qaralovadır. Bu görüntülər, səs yazısı isə onun həmin Kollecdə direktor olduğu vaxtda çəkilib.

Xanım direktorun səsləndirdiyi ifadə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Direktor sosial şəbəkə istifadəçiləri tərəfindən bu hərəkətinə görə tənqid olunub.

Qeyd edək ki, N.Qaralova bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı olub.

2006-2008-ci illərdə İctimayi Televiziya, 2008-2014-cü illərdə isə Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarix və nəzəriyyə” kafedrasında müəllim kimi çalışıb.

2015-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

2014-cü ildə ADMİU-nun “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, 2015-ci ildən isə ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti olub.

20-yə yaxın yerli və xarici mətbuatda dərc olunan məqalələrin müəllifi, 10-dan artıq Respublika və Beynəlxalq konfransının iştirakçısıdır.