Müəlliməni maşın vurdu, vəziyyəti ağırdırbackend

Gəncədə yolu keçmək istəyən müəlliməni maşın vurub.

“Yeni Gundem”in xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Eminova Arifə Aslan qızını avtomobil vurub. Qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, xəsarət alan piyada müəllimədir və o, məktəbdən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.