“Müəllimlər uşağa səsini qaldıran kimi sosial şəbəkələrdə hay-küy qopur”backend

“Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına… Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə yerimizi bilmişik, başqasının da yerini dar etməmişik.
Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi, sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik institunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu telejurnalist Turan İbrahimov bildirib.

“Şəxsən mən oğluma demişəm ki, “eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır” – T.İbrahimov qeyd edib.