Müəssisədən 8000 manatlıq dəmir löhvələr oğurlandıbackend

Bakıda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.