“Muğanbank” bağlana bilər? – AÇIQLAMAbackend

Azərbaycanda bank sistemində yeni dalğalanmalar istisna edilmir. Ölkədə xeyli sayda bank həm devalvasiya, həm pandemiya dönəmində fəaliyyətini dayandırmalı olub.

Bu gün də bir sıra bankların aylıq və illik hesabatlarına nəzər yetirəndə məlum olur ki, bir qismi zərərlə işləyir, aktivləri aşağı düşüb, müştərilərin etimadını qazana bilməyib, yalnız yüksək faizli kreditlər verməklə öz fəaliyyətini fokuslaşdırıb.

Bu mənada zaman-zaman iqtisadçılardan təkliflər səslənir ki, özünü doğrultmayan bankların lisenziyaları ləğ olunmalıdır, təmərküzləşmə siyasəti yenə də davam etməlidir.

Misal üçün “Muğanbank” və digərlərini nümunə göstərmək olar. Onların iş mexanizmində hər hansı yenilik, vətəndaşlara maraqlı təkliflər yoxdur.

Elə “Muğanbank” 2020-ci ilin 4-cü rübünü heç də ürəkaçan nəticələrlə başa vurmayıb. Bankın əsas maliyyə göstəricilərində ciddi azalmalar müşahidə olunub.

2021-ci ildə xalis gəlirləri nisbətən 2020-dən müsbət mənada fərqlənib. Yəni bu cür banklar rentabelli fəaliyyət göstərə bilmirlər. Məsələn, 202-də sözügedən bankın faiz gəliri 27 milyon 700 min manat, faiz xərcləri isə 19 milyon 781 min manat olduğuna görə bankın xalis faiz gəliri 1 milyon 868 min manat azalaraq 7 milyon 919 min manata enib. Qeyri-faiz gəlirini 18 milyon 157 manata, qeyri-faiz xərcini isə 28 milyon 295 min manatadək azaldan bankın əməliyyat zərəri 2 milyon 219 min manata yüksəlib. “Muğan Bank”ın məcmu kapitalı 10 milyon 182 min manat olub ki, bu da bankın lisenziyasının ləğv olunması üçün əsas amil ola bilər.

Ümumiyyətlə, təkcə söhbət adıçəkilən bankdan getmir, bir neçə belə bank sadalamaq olar ki, bu haqda da növbəti yazılarda məlumat verəcəyik. Bəs, ekspertlər necə düşünür? Gələcəkdə bu kimi zərərlə çalışan, effektiv işləməyən bankların lisenziyasına xitam erilə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərlinin  TİA.AZ-a bildirdiyinə görə, əslində bank sistemi ilə bağlı dalğalanmalar tək devalvasiyada olmadı, pandemiya dövründə də 4 bank bağlandı. İqtisadçının fikrincə, banklarla bağlı siyasətdə təmərküzləşmə gedə bilər: “Zaman-zaman poblrmli bankların bağlanmasına şahid olmuşuq. Konkret bank adını çəkmək olmaz, çünki onun fəaliyyətinə maneçilik kimi dəyərləndirilə bilər. Ekspertlərin hansı bankların bağlanmasını deməsi, adlarını çəkməsi ajiotaja səbəb ola bilər. Amma ümumilikdə kiçik və effekti olmayan bankların bağlanması, birləşdirilməsi, təmərküzləşməsi prosesi davam edə bilər”.