Müğənni keçmiş sevgilisini öldürdü: Atası ilə birlikdə meşədə basdırdıbackend

Türkiyəli müğənni və həmçinin model olan Seçil Çiftçi keçmiş sevgilisini öldürüb.

Semih Sevgi adlı şəxs Türkiyənin İstanbul şəhərində, Şişli səmtində yaşayan Seçil Çiftçi ilə sevgili olub. Lakin bir müddət sonra yola gedə bilməyib ayılıblar. Keçmiş sevgilisi Seçildən əl çəkməyib. İddiaya görə, o, dəfələrlə gənc qadının evinə gələrək barışmaq istəyib. Gənc qadın da hər dəfə barışmaqdan imtina edib.

Keçmiş sevgilisi sonuncu dəfə evə gələndə Seçil bu dəfə ona içəri keçməsini deyib. Lakin yenə söhbətləri mübahisəyə çevrilib. Seçil stulun sınıq dəmir ayağını götürüb və Semihi dəfələrlə vurub.

Semih yerindəcə dünyasını dəyişib. Seçil isə atasına zəng edərək ondan kömək istəyib. Ata və qızı meyitin əl-ayaqlarını bağlayaraq maşına qoyub, meşəlik əraziyə apararaq orada basdırıblar.

Meyiti göbələk toplayan bir ailə tapıb və polisə məlumat verib. Barmaq izləri əsasında cinayətkarın kimliyi müəyyən edilib.

Seçili həmçinin sosial şəbəkədəki paylaşımları ələ verib. O, törətdiyi cinayəti etiraf edib, atası ilə birlikdə həbs olunub.

Oxu.az