Müğənnilərin TOY QİYMƏTLƏRİ – 3500-20000 AZN – SİYAHIbackend

Hər zaman təqdim etdikləri layihələri və şəxsi həyatları ilə gündəmdən düşməyən müğənillər bu dəfə toy qiymətləri ilə diqqət çəkiblər.

“Yeni Gündəm” BAKU.WS-ə istinadən xəbər verir ki, Xalq artistləri Röya Ayxan və Aygün Kazımova toylara yarım saata 8000 AZN-ə gedirlər.

Şad günündə Xalq artistləri Miri Yusif və Zülfiyyə Xanbabayevanı yarım saat dinləmək istəyənlər isə 6000-4500 AZN-dən keçməlidirlər.

Əməkdar artist Xumar Qədimova yarım saatlıq ifa üçün 4000-5000 AZN, müğənni Günay İbrahimli isə 3500 AZN qonorar tələb edirlər.

Bütöv toyu idarə edən Əməkdar artist Abbas Bağırova 20 000 AZN qonorar ödənilir. Sənətçi bunu 18 nəfərlik musiqiçi qrupunun olması ilə əlaqələndirir.

Xalq artisti Faiq Ağayev isə bütöv toyu 15 000 AZN-ə idarə edir. Xoş günündə sənətçini görmək istəyənlər 1-2 ay əvvəldən adını yazdırmalıdır.