Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdibackend

İkinci Qarabağ müharibəsi –Vətən müharibəsi 44 günlük müharibə — Azərbaycam Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurmadır. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Müharibə hər bir insanın yaddaşında dərin izlər buraxdı. Hər kəs müharibə dövründə prezidentimizin verəcəyi xəbərləri səbrsizliklə gözləyirdi. Yeni alınmış torpaqlarımızın prezident İlham Əliyev tərəfindən açıqlanması bizə xüsusi sevinc bəxş edirdi. Bu sevinci bizlərə yaşatdığı üçün şəhidlərimizə və qazilərimizə borcluyuq.

Müharibə dövründə prezident İlham Əliyev bir çox yerli və xarici televiziya kanallarına müsahibə vermişdi. Bəzi xarici jurnalistlər ordumuzun gücünə şübhə ilə yanaşırdılar. Hətta suriyalı döyüşçülərin Azərbaycan ordusunda xidmət etməsi kimi fikirlər səsləndirirdilər. Lakin İlham Əliyev əlbəttə ki bunu cavabsız qoymadı. Bu fikirlərin sadəcə dezinformasiya olduğunu bildirdi.

Prezidentimiz tərəfindən söylənilən nitqlər öz aydınlığı və emosiaonallığı ilə fərqlənirdi. İndi bəzən işlətdiyimiz “İti qovan kimi qovmaq” ifadəsi belə həmin replikalardan biridir. İlham Əliyevin bu ifadəni işlətməkdə məqsədi Azərbaycan Ordusunun nəyə qadir olduğunu düşmənə bildirmək idi.  Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu həqiqətəndə düşməni iti qovan kimi qovdu və ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bəlkə də prezidentimizin xalqı birliyə səsləyən çıxışları olmasaydı, hələ də torpaqlarımız düşmən tapdağı altında idi. Müharibə bitəndən sonra qələbəni qeyd edərkən bu şüarlar səsləndirilirdi.

Əhmədova Cavahir, YAP- ın üzvü