Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilibbackend

Bu gün Müharibə, Əmək Silahlı Qüvvələr VeteranlarıTəşkilatında “20 ilin Zəfər yoluadlı bayram tədbiri keçirilib.Tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətənmüharibəsi digər kateqoriyadan olan veteranlar iştirak edib.

Tədbirdən ön Ümummilli lider Heydər Əliyevin, o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanşəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonraAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Müharibə, Əmək Silahlı QüvvələrVeteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. AzərbaycanSilahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi altındamisilsiz qələbəyə imza atığını bildirən polkovnik, bu zəfərindünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da özunikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyinibildirib.

8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə bütün Azərbaycan xalqını təbrik edənpolkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daimehtriram hissi ilə yad ediləcəyini bildirib.

Tədbirdə çıxış edən Müharibə, Əmək Silahlı QüvvələrVeteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlhamƏliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, AzərbaycanSilahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altındacəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyinibildirib. Dövlət başçısınıən müharibə dönəmində bir dəfə olsun hərbi mundiri əynindən çxıarmadığını bildirən təşkilatsədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarovabayram münasibəti ilə ölkə rəhbərini, həmçinin, Azərbaycanxalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə çıxış edən veteranlar 8 Noyavr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü iləgətirdiyi yeni reallıqlara toxunub.

Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrupşəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.