“Müharibənin ilk günü Xankəndinə xeyli yaralı gətirdilər” – Rusiyadan gələn həkimbackend

İkinci Qarabağ müharibəsinin qızğın vaxtında Rusiyadan erməni yaralılara yardım etmək üçün gələn həkim Qriqori Karapetyan şahidi olduğu hadisələrdən danışıb.
Karapetyan milliyətcə ermənidir. O, uzun illərdir ki, Rusiyada yaşayır və bu ölkədə cərrah kimi fəaliyyət göstərir.

“Qarabağda müharibə başlayan kimi ölkəmizə kömək etmək üçün bəzi dostlarımla birlikdə Ermənistana gəldik. Bu, mənim borcum idi. Xankəndindəki xəstəxanaya göndərildim. 29 sentyabr axşamı artıq bu şəhərdə fəaliyyət başlamışdıq. Çünki ilk gündən çoxlu sayda yaralı var idi. Bir dəfə səhiyyə naziri ilə bunkerdə görüşmüşəm. Gəldi, şəkil çəkdirdi və getdi”,- deyə Rusiyadan gələn həkim bildirib.Azvision