MÜHÜM:Koronavirusun daha bir simptomu aşkarlandıbackend

Ürək döyüntüsünün sürətində artım COVID-19 xəstəliyinin simptomu ola bilər.

“Yeni Gündəm” xəbər verir ki, bu, İngiltərədə aparılan araşdırma zamanı ortaya çıxıb.

“Express” qəzetinin “COVID Symptom Study”nin statistikasına istinad etdiyi məqalədə bildirilir ki, dünyanın müxtəlif bölgələrindən 4 milyondan çox insanın bilgiləri mobil tətbiq vasitəsilə analiz edilib. Nəticələr koronavirusun nizamsız və ya yüksək sürətli ürək döyüntülərinə səbəb ola biləcəyini göstərib.

Qeyd edək ki, COVID-19-un əsas simptomları qızdırma, öskürək, tənəffüs çatışmazlığı, qoxu və dadbilmənin itməsidir.