Muradov Moskva danışıqlarının müzakirəsi üçün İrəvana gedirbackend

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Jovoğurd” nəşri məlumat verib.

Onun ötən gün Azərbaycan, Ermənistan və Rusiya arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 2-si Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar keçirilib.

Danışıqlarda Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyanın, Rusiya tərəfdən ​isə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun iştirak etdiyi bildirilir.