Musa Quliyev: Cəmiyyətdə əhval-ruhiyyə yaranmasın ki, adam evdə oturmalı, dövlət də xərcləməyə pul verməlidirbackend

“Biz aktiv sosial müdafiə tədbirlərinə üstünlük verməyə çalışmalıyıq”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, bəzən sosial şəbəkələrdə populist çıxış edərək özlərinə xal qazanmaq istəyən siyasətçilər həmişə passiv sosial müdafiə amillərini önə çəkirlər: “Yəni dövlət versin, mən də xərcləyim. Biz əslində aktiv sosial müdafiədən, məşğulluqdan, yeni iş yerlərinin açılmasından, əmək haqqının yüksəldilməsindən, işçinin hüquqlarının genişləndirilməsindən danışmalıyıq. Həmişə bu məsələlərə diqqət çəkməliyik ki, cəmiyyətdə də belə əhval-ruhiyyə yaranmasın ki, elə adam oturmalıdır evində, dövlət ona pul verməli, o da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi”./APA