“Müsəlman məscidlərini təhqir edən ölkə müsəlmanların dostu ola bilməz” ÖZƏL-MÜNASİBƏTbackend

Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verdi və bildirdi ki, Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Ölkə başçısı dəfələrlə bu məsələyə toxunub”.

Bunu açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, ermənilər bizim Dağlıq Qarabağ ərazisindəki bütün dini, tarixi abidələrimizi dağıdıblar və hətta bir hissəsində heyvanlar saxlayıblar: “Eyni zamanda, bu, paralel olaraq xristianlığa aid abidələrdə də özünü göstərir. Alban abidələrinin bir qismi dağıdılıb, bir qismi isə erməniləşdirilib. Bu Ermənistanın dövlət siyasətidir. Onlar bunu təkcə Qarabağda yox, İrəvanda, Zəngəzurda və s. davamlı olaraq həyata keçiriblər. Hətta mən sosial şəbəkələrin birində məscidin içərisində donuzların saxlanıldığını əks etdirən videoya baxdım. Ümumiyyətlə, bütün dinlərdə – xristianlıqda, yəhudilikdə, islamda kilsə, senaqoq, məscid Allahın evi sayılır və buna hörmət hər bir dində var. Digər vacib məqam isə ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev də qeyd etdiyi kimi, bu gün Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əlaqə saxlasın.

Mən bu gün Ermənistan mətbuatını izləyərkən baxdım ki, onların XİN rəhbəri yenidən ərəb ölkələrinə, Misirə səfərə hazırlaşır. Onlar sıx olaraq çalışırlar ki, ərəb ölkələri ilə də əlaqə saxlasınlar. Amma biz dəfələrlə demişik ki, müsəlman məscidlərini təhqir edən ölkə müsəlmanların dostu ola bilməz. Bu əməl həm Azərbaycan, həm də digər ölkələr tərəfindən dəfələrlə qınanıb. Başqa bir məqam isə odur ki, bu gün Azərbaycanda erməni kilsəsi dövlət tərəfindən qorunur. Burada 5 minə yaxın erməni dilində də ədəbiyyat mövcuddur. Hətta ermənilər iddia etdilər ki, guya Azərbaycan Xankəndidə kilsəni atəşə tutub və orada dağıntılar vardır. Bu heç cür mümkün deyil. Çünki Azərbaycanın özündə bütün dinlərə hörmət var. Bakının özündə üç provoslav kilsəsi, iki senaqoq və bir katolik kilsəsi fəaliyyət göstərir. Bu, Azərbaycanın nə siyasətində, nə də ənənələrində mövcud deyil”.