Müşfiq Hüseynova yüksək vəzifə verildibackend

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.

Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Unikal.org