Müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir – Fatma Yıldırımbackend

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür.

Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim uca tutur. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiramla anılır. Bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen olan Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Bu gün müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib dövlətimiz möhtərəm cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq. Bu nailiyyətlərə isə Heydər Əliyev yolu daim işıq salacaq.

Fatma Yıldırım

Milli Məclisin deputatı