Mütəxəssis hazırlığı kursu yoxsa korrupsiya yuvası…backend

SHXÇDX–nin Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı mərkəzləri bu gün sözün əsl mənasında gözdən, könüldən və diqqətdən kənar qalan qrumlardandır. Sürücülük hüququna yiyələnmək istəyən insanlar öncə o mərkəzlərdə kurs keçdikdən sonra sürücülük vəsiqəsi üçün imtahana yollanır. Yəni o mərkəzlər bir məktəb funksiyasını icra edir.

Amma bu gün Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı mərkəzi MMC-nin Xaçmaz rayon filialının simasında bu tədris ocaqlarının hansı vəziyyətdə olmalarını görmək olar. Bu barədə ötən sayımızda bəhs etmişdik. Hazırda tədris proqramında 30-a yaxın şəxsin adı olsa da, bir nəfər də dərslərə cəlb edilmir. 150 manat ödəniş qəbul edildikdən sonra həmin şəxsə mərkəzdə kurs keçməsi barədə sənəd təqdim olunur. Bir dəfə də olsa məktəbin üzünü görməyən insanlar çox asanlıqla buradan sənəd alıb qeydiyyat imtahan mərkəzlərinə təqdim edirlər. Daha sonra onlar min bir əziyyət çəkib sürücülük vəsiqəsi alırlar. Təsərrüfat hesablı olan bu məktəblərin maddi-texniki bazası isə yox səviyyəsindədir. Qurumdan 7times.az-a verilən məlumata görə, Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı mərkəzi MMC-ə dövlət tərəfindən hər hansı bir maliyyə dəstəyi və yaxud datasiya verilmir. Ona görə qurumun balansında olan nəqliyyat vasitələrinin fiziki şəxslərə icarəyə verilməsi məqbuldur. Qeyd edək ki  O nəqliyyat vasitələrinin biri (Kamaz) Quba rayon Xaltan kənd sakini  Adəm Feyziyev adlı şəxsdə icarədədir.

Qeyd edim ki Hərbi vətənpərvərlik və  Mütəxəssis hazırlığı mərkəzi MMC Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə SHXÇDX tabeçiliyində yaradılıb. Bu qurumun əsas fəaliyyət istiqaməti 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını həyata keçirmək və ordumuzun sürücü mütəxəssislərə olan təlabatını qarşılamaqdırBu məktəb düz mənim yaşadığım evin yaxınlağında yerləşir. Amma mən bir dəfə də olsa mərkəzdə hər hansı bir təlim-tədrisin keçirildiyinin şahidi olmamışam. Əgər MMC-nin Xaçmaz filialının təlim keçirilən başqa bir inzibati korpusu varsa məmnuniyyətlə şahidi olmaq istəyərdik. Bu barədə daha geniş məzmunlu araşdırmamızı yaxın günlər ərzində təqdim edəcəyik.

Hazırda ölkəmizdə SHXÇDX –nin Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı mərkəzi MMC-nin tədris ocaqlarından başqa yüzlərlə  belə özəl mərkəz fəaliyyət göstərir. Hətta belə bir kurs açmaq o qədər asand və əl çatan olub ki, hər kəs onlayn formada müraciət edərək təlim kursu təsis edə bilər. Heç bir təlim görmədən sürücülük hüququna yiyələnən səriştəsiz sürücülərin səbəb olduğu yol nəqliyyat hadisələri nəticəsində isə  hər il onlarla insan həlak olur. O mərkəzlərin əsas məqsədi və məramı insanlara sürücülük qaydalarını öyrətməkdir. Əgər təlimlər keçirilməirsə o mərkəzlər nəyə və kimə lazımdı?

7times.az