Müzəffər Azərbaycan Ordusubackend

XX əsrin əvvəllərində Azərbaycan xalqı respublika formasında dövlət müstəqilliyini elan etdi.Öz dövlətini qurmağa çalışan ermənilər də Azərbaycan əraziləri hesbına buna nail oldular. Həmin vaxt Azərbaycan İrəvan şəhərini Ermənistana güzəştə getdi.Bunun davamı olaraq sonrakı illərdə Kars vilayəti ilə birgə bütün İrəvan quberniyasına da Ermənistan sahib çıxdı.Lakin ermənilər əldə etdikləri ərazilərlə kifayətlənməyərək onu genişləndirmək məqsədi ilə yenidən Azərbaycana və digər ölkələrə qarşı əsassız ərazi tələbləri irəli sürməkdə davam edirlər.Bu dəfə onlar Azərbaycanın Qarabağ,Naxçıvan və Zəngəzur ərazilərinə qarşı iddialarla çıxış etdilər. Ermənilər həmin ərazilərin guya “tarixən” ermənilərə məxsus olduğunu və saxtakarlıqla ermənilərin yerli əhalinin çox hissəsini təşkil etdiyini bildirdilər. Əslində isə ermənilər burada heç vaxt yerli xalq olmamış,müxtəlif dövrlərdə köçürülmüşdülər.Rus çarizmi Cənubi Qafqazda özü üçün bir istinadgah yaratmaq məqsədi ilə Rusiya-İran və rus-türk müharibələrindən sonra İran və Türkiyədən ermənilərin Azərbaycan ərazilərinə köçürülməsini təşkil etmişdi. Həmin vaxtadək təkcə Qarabağda türklər yerli əhalinin 80 faizdən çoxunu təşkil edirdi.Köçürmə siyasəti nəticəsində isə ötən əsrin əvvəllərində ermənilərin sayı xeyli artsa da , azərbaycanlılar yenə çoxluq təşkil edirdi.

Cənubi Qafqaz respublikaları özlərinin dövlət müstəqilliklərini elan etdiyi bir vaxtda inzibati ərazilərdə əhalinin milli tərkibinin müxtəlif olması yeni yaranmış respublikalar arasında ziddiyyətlərin meydana çıxmasına səbəb oldu. Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsini dinc yolla həll etməyə çalışsa da,buna nail ola bilmədi. Ona görə də,Qarabağda general-qubernatorluq yaratdı.Buna baxmayaraq,həmin dövrdə ermənilərin Qarabağda və Zəngəzurda müsəlman əhaliyə qarşı etdikləri zorakılığa və soyğunçuluğa son qoymaq mümkün olmadı. Əksinə azərbaycanlılara qarşı amansız soyqırım həyata keçirildi. Baş verənlər müsəlman əhalinin çox hissəsini öz yaşayış yerlərini tərk edərək digər ərazilərə köçməyə məcbur etdi.

Ötən əsrin sonlarında SSRİ dağılmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda sovet imperiyasını qoruyub saxlamaq məqsədi ilə onun ərazisində milli münaqişələr qızışdırıldı. Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının yeni mərhələsi də məhz həmin dövrdə başlandı.Bu dəfə də Yerevanın təhriki ilə “milli məsələ” pərdəsi adı altında Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. SSRİ-ni qoruyub saxlamaq cəhdləri isə uğursuzluqla nəticələndi.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə  Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan rayonları zəbt edilmiş idi.Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış,Azərbaycanın işğal olunmuş ərazilərindən 1milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20.000 nəfər azərbaycanlı həlak olmuş,50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Bununla yanaşı 1988-1994-cü illərdə müxtəlif səpkili yaşayış məntəqələrində və mülki obyektlərdə,sərnişin avtobuslarında,sərnişin və yük qatarlarında,hava nəqliyyatında ,Bakı metroplitenində,sərnişin daşıyan dəniz bərəsində törədilmişterror aktı nəticəsində 1200 nəfər dinc sakinlər həlak olub, 1705 nəfər yaralanıb.Bu faktlar soyqırım və vandalizm aktları təsdiq edir ki,Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə,dövlət terrizmi və işğalçılıq siyasəti 30 ildən artıqdır ki,dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə -822,853,874 və 884 saylı dörd qətnamə qəbul edilib.Bu qətnamələr münaqişənin beynəlxalq hüququn nrma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edib.Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənib,güc tətbiqi vasitəsilə ərazi ideallarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb,Azərbaycanın ərazi bütövlüyü,suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərdən dərhal,tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Bu baxımdan,iyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində baş verən mülki əhaliyə qarşı təcavüz aktı ictimai fikri işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı,Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini göstərirdi.

Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks hücum əməliyyatı nəticəsində Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan şəhərləri,Xocavənd rayonunun Hadrut qəsəbəsi,Tərtər rayonunun 3 kəndi,Xocalı rayonunun 9 kəndi,Şuşa şəhəri,Laçın rayonunun 3 kəndi,həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.

Vətən müharibəsi dövründə də mənfur düşmənlərimiz dinc əhaliyə atəş açmaqdan qaçınmamışdır.Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4,5,8,11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.Ümumillikdə bu dəhşətli terror nəticəsində 26 nəfər həlak olub,175 nəfər yaralanıb,çxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.Eyni zamanda,Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub,112 nəfər yaralanıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti,Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu,noyabrın 25-də Kəlbəcər rayonu,dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.10 nyabr 2020 -ci il hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər,qəsəbə,kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş,Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Ermənistan hakimiyyəti Azərbaycanın Şərqi Zəngəzurda apardığı infrastruktur layihələrinin qarşısını almaq və gələcəkdə imzalanması planlaşdırılan sülh sazişinə aparan prosesi ləngitmək məqsədi ilə

2022-ci il sentyabrın 12-dən-13-ə keçən gecə sərhəddə təxribat törədib.Azərbaycan Ordusu Ermənistanın təxribatına layiqli cavab verib.Belə ki,Ermənistanın döyüş mövqeləri,hərbi infrastrukturları tamamilə darmadağın edilib,xeyli sayda strateji yüksəklik nəzarətə götürülüb.Ermənistan ordusunun 450 nəfərədək itkisi var.

Nəsimi rayon təhsil işçisi

Alızadə Mehriban