Myanmada hərbi çevrilişə qarşı küçə etirazları başlayıbbackend

Myanma sakinləri şənbə günü ölkənin ən böyük şəhəri Yangon küçələrinə çıxaraq ölkədəki hərbçilərin hakimiyyəti ələ keçirməsinə etiraz edirlər.

“Yeni Gündəm” “Frontier Myanmar”a istinadən xəbər verir ki, aksiyalar dinc şəkildə davam edir, polis qrupları etirazçıları dağıtmır. İnsanlar ordu əleyhinə şüarlar səsləndirir və Dövlət Müşaviri Aun San Su Çji və Prezident Vin Myin də daxil olmaqla, nəzarətə alınan yüksək vəzifəli məmurların sərbəst buraxılmasını tələb edirlər.

Müxtəlif təxminlərə görə, etiraz aksiyalarında bir neçə yüzdən bir neçə minə qədər insan iştirak edir. İnternet əlaqəsində yaranan problemlərə baxmayaraq, bəzi nəşrlər sosial şəbəkələrdə şəhərdəki yürüşlərdən videolar yayımlaya bilib.

Sosial şəbəkələrdə yayımlanan videogörüntülərə görə, etiraz iştirakçılarının sayı artmaqdadır.