Nadir görüntülərinə görə üzr istədi: “Daxilimdən gəldiyi üçün belə etdim” – VİDEObackend

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə birgə səmimi görüntülərinə görə üzr istəyib.

“Yeni Gündəm” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində paylaşım edib. Nadir qatıldığı ad günü məclisində spirtli içki qəbul etdiyini və bu səbəbdən sərgilədiyi davranışa görə utandığını bildirib:

“Düşünürəm ki, düz etməmişəm. Ad gününə getmişəm, içki qəbul etmişəm. Özümü o cür aparmaq mənə yaraşmadı. Utanıram, xəcalət çəkirəm. Bu da mənim səhvlərimdən biridir. Bir daha olmayacaq. Allah bağışlayandır, siz də məni bağışlayarsız. Hərəkətimə görə xalqdan üzr istəyirəm. Bu sonuncu hərəkətim təkrarlanmayacaq. Məni heç kəs buna məcbur etməyib, öz daxilimdən gəldiyi üçün belə etdim”.

Ayan Babakişiyeva da öz instaqram hesabında post paylaşaraq məsələyə münasibət bildirib: “İnsanlar fərqli olduqları kimi, düşüncələri də fərqli olur. Allah bizi düşüncələri çirkli olan insanlardan qorusun”.

Qeyd edək ki, N. Qafarzadə öz instaqram hesabının hekayə bölümündə A. Babakişiyeva ilə videolarını paylaşmış, mahnı sədaları altında rəqs etmiş və xanım həmkarını dəfələrlə öpmüşdü. Həmçinin ifaçı Günel Ələkbərova da cütlüyün səmimi görüntülərini yaymışdı.

yaymışdı.