Nadir Qafarzadə sərnişinləri təhqir etdi: “Camaat bir-birindən uşağa qalacaq”backend

Tanınmış müğənni Nadir Qafarzadə yenə sosial şəbəkədə paylaşımla qalmaqala imza atıb.

“Yeni Gündəm” xəbər verir ki, Nadir Qafarzadə bu dəfə “Instagram” hesabında Bakının nəqliyyat sistemini sərt tənqid edib.

Müğənni ictimai nəqliyyatdakı sıxlığı pisləyib.

“Toylar olmaz, məscidlər olmaz, universitetlər olmaz, idman zalları olmaz. Avtobuslarda isə belə biabırçılıq olar? O qədər sıxlıqdır ki, camaat bir-birindən uşağa qalacaq”, – müğənni yazıb.