Nadirdən Bəhrama dəstək – “Sizi anlamaq üçün baş lazımdır”backend

Müğənni Nadir Qafarzadə əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməsi haqqındakı fikirlərinə rekasiya göstərib.

“Yeni Gundem” xəbər verir ki, Nadir Qafarzadə Bəhram Bağırzadəyə dəstək olub: “Sizi anlamaq üçün baş lazımdır, o da bəzilərində, hətta bir çoxlarında yoxdur”.

Qeyd edək ki, Bəhram Bağırzadənin beş il əvvəl regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.

Teleqraf.com