Nail Naiboğlu 2-ci dəfə evləndibackend

Rejissor Nail Naiboğlu ikinci dəfə ailə həyatı qurub.

“Yeni Gündəm” xəbər verir ki, o, 1994-cü ildə Füzulidə şəhid olmuş Şakir Ziyadovun qızı Tünzalə xanımla evlənib. Cütlük böyük toy etməyib.

N.Naiboğlunun sözlərinə görə, xanımı ilə aralarında 10 yaş fərq var. Tünzalə tibb işçisidir.

Qeyd edək ki, rejissorun birinci həyat yoldaşı Gülər 2017-ci ilin oktyabrında vəfat edib. N.Naiboğlunun bu evlilikdən iki övladı var.