Naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib – RƏSMİbackend

“Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin dəfn olunduğu naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, yalnız Başlıbel faciəsi nəticəsində həlak olanların meyitləri yalnız öz dövlət qurumlarımızın fəaliyyəti nəticəsində müəyyən edilib: “Öz qurumlarımız tərəfindən meyitlərin tapılması istiqamətində iş aparılır. Bu sahədə müxtəlif ölkələrin qurumları ilə də birgə fəaliyyət həyata keçiririk, Rusiya Prokurorluğu da Ermənistanla danışıqlar aparır. Bu istiqamətdə də işləri davam etdirməliyik”.