Namiq Qaraçuxurlu açıqlama yaydıbackend

“Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Rusiyada “COVID-19”a yoluxan meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqram səhifəsində yazıb.

Hazırda Rusiyada olan sənətçi özünü sosial həyatdan təcrid etdiyini bildirib:

“Bu həyəcanı sevənlərimə yaşatdığım üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, xəstəxanada deyiləm və tezliklə sağalıb vətənə dönəcəyəm”.

Qeyd edək ki, N. Qaraçuxurlu bir neçə gün bundan əvvəl Rusiyada toy məclisində yer alıb. O, səhnədə Xalq artisti Aygün Kazımova, Sevil və Sevinc Səfərovalarla duet ifa edib.