Namiq Qaraçuxurlu İsraildə onlardan üzr istədibackend

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu İsrailə yollanıb.

Bir neçə gündür xaricdə olan sənətçi izləyicilərinin bayramını təbrik etməyi unudub. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək onlardan üzr istəyib:

“Salam, əziz izləyicilərim. Gecikdiyim üçün üzürlü sayın. Bayramınız mübarək olsun! 2023 hər birimizə uğurlu, düşərli olsun. Ötən illərdən dərs alaraq həmrəyliyimizi qoruyaq. Mehriban, xoşniyyətli olaq. Vacib olan can sağlığımız yerində, xoşbəxtliyimiz daimi olsun”.

Qeyd edək ki, Qaraçuxurlunun səfərinin məqsədi Yeni il gecəsi İsraildə məkanların birində çıxışı olub.Yenisabah