ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədlər Ron DeSantis və Nikki Heyli çərşənbə gecəsi debatda İsraili dəstəklədiklərini bildiriblər.
Florida qubernatoru DeSantis Netanyahuya deyib ki, o, “Həmas qəssabları ilə işi birdəfəlik bitirməlidir”.
BMT-nin keçmiş səfiri Heyli Bayden administrasiyasını humanitar fasilələr tətbiq etmək üçün İsrailə təzyiq etdiyinə görə tənqid edib. “Bizim etməli olduğumuz son şey İsrailə nə edəcəyini söyləməkdir”.
Qeyd edilib ki, dörd cinayət və ən azı üç mülki işdə özünü müdafiə edən Donald Tramp debatda iştirak etməyib, lakin yaxınlıqda öz ayrıca tədbirini keçirib.
Mənbə: TrtHaber
Aynur Camal