Naqif Həmzəyev: “Ermənistan cəmiyyətində diaspora olan ümidlər puç oldu”backend

“Böyük Ermənistan” layihəsinin həyata keçirmək üçün illərdir dəridən-qabıqdan çıxan erməni diasporunun son uğursuzluğu işğalçı ölkənin baş nazirini əməli atmağa, diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi”.

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, son hadisələr Azərbaycan diasporunun çox qısa müddətdə ermənilərin xaricdə böyük təxribat və yalanlara həqiqət donu geyindirmək cəhdlərini ifşa etməsi erməni diasporu ilə rəsmi İrəvan arasındakı ziddiyyətləri dərinləşməsinə şərait yaratdı.

Baş nazirin işğalçı dövlətin diaspor üzrə komissarın ofisini alt-üst etməsi, eyni vaxtda 13 əməkdaşı işdən kənarlaşdırması xaricdəki erməni diasporunun fəaliyyətinin uçuruma doğru getdiyini göstərdi.

İşdən kənarlaşdırılan diaspora fəallarının siyahısı isə Ermənistanın diaspora siyasətinin daha çox hansı istiqamətlərdə iflasa uğradığının nümayişi oldu.

Bu da diaspora komissarlığından kənarlaşdırılanların cavabdeh olduqları bölgələrdə erməni diasporunun faəliyyəti ilə bağlı ciddi problemlərin olduğunu göstərdi.

Azərbaycan diasporu vahid, mütəşəkkil və yetkin qüvvə kimi birləşərək, yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə məkrli erməni diasporundan fərqli olduqlarını sübut etdi. Mədəni və sivil toplaşmaq ənənələri sayəsində dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan diasporu sülhpərvər, saf, bəşəri dəyərlər üstündə formalaşıb.

Dünyaya Azərbaycanlıları aqressiv təqdim etməyə çalışan ermənilərin vandalizmə qarşı meyilli, vəhşi bir toplum olduğu yenidən hər kəsə aydın oldu.

Ermənilərin barbarcasına təşkil etdikləri aksiyalarda üzərində “Asala” terror təşkilatının adı yazılmış köynəklər geyinməsi onların terror, vandalizmə nə qədər sadiq olduqlarını, hansı psixologiya və təfəkkürlə yaşadıqlarını göstərdi.

Soydaşarımızın öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşməsi dünya ictimaiyyətinin gözü qarşısında oldu. Necə deyərlər, görünən kəndə bələdçi lazım olmadı.

Eyni zamanda son hadisələr Azərbaycanın diplomatik uğurlarının artdığının, diasporamızın vandallara, barbarlara qarşı mətinliklə müqavimət göstərə bildiklərinin nümayişi oldu.

Azərbaycan diasporunun məkrli, anti-Azərbaycan təbliğatı aparan erməni diasporundan daha məqsədyönlü, təcrübəli və daha mütəşəkkil qüvvə olması isə Paşinyan hakimiyyətini şok addımlar atmağa məbur etdi.

Azərbaycan diasporunun kiçik bir həmləsi erməni diasporunun “yazıq”, “məzlum” erməni obrazının arxasında uzun illərdən bəri gizlədilən vəhşi, qaniçən, təcüvüzkar və əsl erməni xislətinin ortaya çıxmasına zəmin yaratdı.

Bu da Ermənistan cəmiyyətində illərdən bəri gözlərini tikdikləri diaspora olan inamlarını, ümidlərini puç etdi.