Naqif Həmzəyev: Gənclərimiz pandemiya dövründə fədakarlıq göstərdilər VİDEObackend

Gənclərin  təcrübə qazanması üçün yeni bir imkan yaranır.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Baku TV-də yayımlanan “Baku Live” verilişində parlamentdə könüllülərin fəaliyyəti ilə bağlı danışarkən bildirib.

“Pandemiya dövrünün gənclərə təsiri” mövzusu ilə bağlı suallara cavab verən millət vəkili ölkə və region gənclərinin, xüsusən Gəncə gənclərinin indiki çətin və ağır dönəmdə fəallıqlarından danışıb.

Eyni zamanda  verilişdə YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə həyata keçirilən video-konfransların, onlayne yoqa dərslərinin əhəmiyyətindən danışılıb.