“Nar” abunəçiləri onlayn müştəri xidmətlərini seçirbackend

Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrədaxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçünhesablanıb.

İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran Nar+tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur.Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinəartaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevikimkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsi, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa,  “Nar” internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”,“Twitter və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.

Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin xidmətdən razılıq səviyyəsi 89% olub. “Nar”ın yenilənmiş xidmət mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıqsəviyyəsi isə artaraq 98%-ə çatıb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.