“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıbbackend

“Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib.

Şirkətdən “Yeni Gündəm”ə verilən məlumata görə, Çağrı Mərkəzinə zəng edən abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olan sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.
Bundan başqa, “Nar” rəsmi sosial şəbəkələri – “Facebook”, “İnstagram” və “Twitter” səhifələri vasitəsilə də abunəçilərinə xidmət edib və 89 mindən artıq sorğuya cavab verib. Sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 50%-i 1 dəqiqə, 90%-i isə 10 dəqiqə ərzində cavablandırılıb. “Nar”ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 11 dəqiqə ərzində cavab verilib.
Mobil operator, eyni zamanda abunəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə daim yenilənən “Nar+” tətbiqindəki onlayn çat vasitəsilə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdədir. Belə ki, 6 ay ərzində daxil olmuş 96 mindən artıq sorğuya operativ cavab verilib.