“Nar” yerli telekom peşəkarlarını yetişdirirbackend

“Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələr üçün “Mobil rabitənin əsasları” təlimi təşkil etdi. Rabitə sahəsinin peşəkar kadrlarını hazırlamaq məqsədilə keçilən təlim “Nar” GSM laboratoriyasında baş tutdu.

“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin mövzusu müxtəlif nəsil mobil texnologiyaların iş prinsiplərini, əşyaların interneti və cihazlararası bağlantı kimi sahələri əhatə edir. Təlimdə iştirak edən tələbələr təcrübədə əldə edilən biliklərə yiyələnir gələcək işləri barədə bilmək istədiklərini “Nar” texniki heyətindən öyrənir. Sonda tələbələr “Nar”ın sertifikatı ilə təltif edilir.

Budəfəki təlim zamanı, “Nar” GSM Laboratoriyası üçün 10 ədəd müasir noutbuk da təqdim edildi. Xüsusi proqram təminatları vasitəsilə bu noutbuklar GSM avadanlığının işini tənzimləyir və tələbələrə verilən tapşırıqları daha operativ həyata keçirməyə imkan yaradır.

2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında universitetin nəzdində yaradılan “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını istifadə və tədqiq etməyə imkan yaradır. Artıq 10 ildir ki, “Nar” və AzTU arasında faydalı əməkdaşlıq uğurla davam edir.

“Nar” layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.