Nardaranda kişi arvadını sinəsindən bıçaqladıbackend

Bakıda kişi arvadını sinəsindən bıçaqlayıb.

“Yeni Gundem”in verdiyi xəbərə görə, hadisə dekabrın 1-i saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə sinəsindən zərbə vurub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.